“Maunta kömək etməliyik” – Amorim

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yeni zədədən sonra Meyson Mauntun durumu haqda danışıb.

Komanda.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Mauntun çox əsəbi olduğunu bildirib:

“O, çox əsəbidir. Zədədən sonra paltardəyişmə otağında çox kədərli idi, ona görə də, kömək etməliyik. Futbolçunun bu qədər zədəsi olanda və daimi səfərlər səbəbindən indiki cədvəl ona müntəzəm məşq etməyə imkan verməyəndə, həqiqətən də çətin olur. Biz Maunt və Luk Şou kimi uşaqlara sağalmalarına kömək etmək üçün ən yaxşı yolu tapmağa çalışacağıq”.

25 yaşlı yarımmüdafiəçi “Mançester Siti” ilə son matçda meydana çıxsa da, zədə səbəbindən 14 dəqiqədən sonra əvəzlənmək məcburiyyətində qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button