
Amorim komandasını tənqid edən sabiq futbolçuya haqq qazandırdı
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanı tez-tez tənqid edən Qari Nevillə bağlı sualı cavablandırıb.
İngiltərəli keçmiş müdafiəçi 1992-2011-ci illərdə “qırmızı şeytanlar”da çıxış edib. O, hazırda televiziyada ekspert kimi çalışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı baş məşqçi, Nevilin tənqidini başa düşdüyünü bildirib:
“Mən Nevilin tənqidini başa düşürəm və klub tarixinin ən pis mövsümünü keçirdiyimizi də anlayıram. “Mançester Yunayted” keçmişdə hər şeyi qazanıb və hazırda çətin günlər yaşayır. Komanda onların dövründə bütün kuboklar uğrunda mübarizə aparırdı. Mövcud vəziyyət isə tamamilə fərqli bir kontekstdir”.
“Mançester Yunayted” 31 turdan sonra 38 xalla Premyer Liqanın turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



