
Amorim rəhbərliyin qərarından narazıdır
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klub rəhbərliyinin Kobbi Mainunun icarəyə getməsinə icazə verməməsindən narazılığını bildirib.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi mövsüm ərzində daha çox oyun praktikası qazanmaq və 2026-cı ildə keçiriləcək dünya çempionatında İngiltərə millisinin heyətində oynamaq üçün başqa kluba icarəyə keçmək istəyib. Ancaq “qırmızı şeytanlar”ın rəhbərliyi onun bu istəyini rədd edib.
Amorim isə açıq şəkildə ayrılmaq istədiyini bildirən futbolçuların komandada qalmasından narahatdır. O, belə halların kollektivə mənfi təsir etdiyini düşünür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



