Amorim: “Biz mütləq çempionluq qazanmalıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın qarşıdakı illər üçün əsas məqsədini açıqlayıb.

Komanda.az “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klubun yalnız yüksək zirvəni – Premyer Liqa çempionluğunu hədəflədiyini bildirib:

“Klubun qarşıdakı illər üçün ciddi məqsədi var. Biz mütləq çempionluq qazanmalıyıq. Addım-addım irəliləyəcəyik, üzərimizə düşəni edəcəyik və matçları qazanacağıq”.

“Mançester Yunayted” son illərdə uğursuz çıxış edir və daim tənqid olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button