Amorim: “Gələcək addımım barədə düşünməyə çox vaxtım oldu”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun təklifini niyə qəbul etdiyini izah edib.

Komanda.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı klubun təklifini bir çağırış kimi qəbul etdiyini bildirib:

“Gələcək addımım barədə düşünməyə çox vaxtım oldu və mənə uyğun olacaq klubu seçmək üçün uzun müddət qərar verməyə çalışdım. Bu klubun təklifini bir çağırış kimi qəbul etdim. Burada nəsə qeyri-adi bir uğura nail olsaq, tarixə düşəcəyik. Belə bir şeyi dünyanın başqa heç bir klubunda tapa bilməzsiz”.

Amorim “qırmızı şeytanlar”a rəhbərlik etmək üçün mövsümün gedişində hər şeyin demək olar ki, mükəmməl getdiyi Lissabon “Sportinq”indən ayrılmağa qərar verib. İngiltərədə isə onun üçün işlər asan deyil. Komandası hələ də qeyri-sabit çıxış edir və Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button