
Amorim: “Reşfordun icarədə yaxşı çıxış etməsi bizim üçün də əladır”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Aston Villa”da icarə əsasında çıxış edən “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Reşfordu çox yaxşı tanıdığını bildirib:
“Reşfordun qayıdışı? Mən onu çox yaxşı tanıyıram və hər kəs onun istedadını anlayır. Ona görə də, mən artıq bu haqda danışdım. Həqiqətən istəyirsə, o, ən yaxşı oyunçudur. Elə buna görə də onun performansına təəccüblənmirəm. İcarədə yaxşı çıxış etməsi artıq bizim üçün də əladır”.
Reşford “Aston Villa”da keçirdiyi 10 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



