
Amorim yeni transferi təriflədi
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Vest Hem”ə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra yeni hücumçu Mateus Kunyanı tərifləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun komandaya çox kömək edə biləcəyini deyib:
“Kunya bizə çox kömək edə bilər. O, topla əla qaçışlar edir. Keçən mövsüm bizdə bu çatışmırdı”.
“Qırmızı şeytanlar” Bruno Fernandesin dublu sayəsində qalib gəlib. Kunya 66-cı dəqiqəyə qədər oynayıb və bundan sonra onu Meyson Maunt əvəz edib.
26 yaşlı forvard yayın əvvəlində “Vulverhempton”dan “Mançester Yunayted”ə keçib. Onun transferi 74 milyon avroya başa gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin