Amorim: “Komandada dəyişikliklər görürəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Premyer Liqanın 29-cu turu çərçivəsində “Lester”lə matçda (3:0) komandasının oyunundan razı qalıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı qalib gəlmək və daha yaxşı oynamaq istədiklərini bildirib:

“Biz hələ də azarkeşlərin gözlədiyi və layiq olduğu şeylərdən çox uzağıq, ona görə də onların dəstəyini o qədər də yaxşı hiss etmirəm. Qalib gəlmək və daha yaxşı oynamaq istəyirik. Oyunlarımız yaxşılaşır və istədiyiniz nəticəni əldə etdikdən sonra özünüzü daha yaxşı hiss etməyə başlayırsız. Komandada dəyişikliklər görürəm. “Lester”lə qarşılaşmada bəzi futbolçuların gücü çatışmadığı aydın görünürdü, ancaq komanda yorğun halda belə, qələbə qazanmağa qadirdir. Bu yaxşı əlamətdir. Nə vaxt və necə dayanacağımızı daha yaxşı başa düşürük. Daha çox şans yaradırıq və çox qol vururuq. Biz bütün aspektlərdə böyüyürük və bu, qazandığımız zamanın və nəticələrlə gələn artan inamın bəhrəsidir”.

Amorimin komandası hazırda 29 turdan sonra 37 xalla İngiltərə çempionatının turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button