Amorim: “Bizdə dəli oyunçular çatışmır”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandasının vəziyyətini dəyərləndirib.

“Qırmızı şeytanlar” Premyer Liqada keçirdiyi 6 oyundan cəmi 7 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında liderlik problemindən danışıb:

“Bizə liderlər lazımdır. Bəzən bir az da olsa, yaxşı mənada dəli oyunçular çatışmır. Məncə, Mateus Kunya müəyyən qədər belə bir futbolçu ola bilər. Komandada belə xarakterli oyunçuların olması vacibdir”.

Amorim hesab edir ki, bu cür futbolçular “Mançester Yunayted”in meydanda daha aqressiv və güclü görünməsinə yardım edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button