Amorim: “Hoylund ondan nə istədiyimizi daha yaxşı anlamağa başlayıb”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Rasmus Hoylundun UEFA Avropa Liqasının ümumi mərhələsində Çexiya “Viktoriya”sı ilə oyunundakı çıxışından danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Hoylundun indi topa daha çox nəzarət etdiyini bildirib:

“Hoylund irəliləyir. Ondan nə istədiyimizi daha yaxşı anlamağa başlayıb. O, bu oyunda daha çox qol vura bilərdi. İndi yaxşı işləyir və topa daha çox nəzarət edir”.

Danimarkalı futbolçu bu matçda dubl edib və “qırmızı şeytanlar” 2:1 hesabı ilə qalib gəlib.

“Mançester Yunayted” hazırda Avropa Liqasının turnir cədvəlində 7-ci, “Viktoriya” isə 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button