
“İlk tam mövsümümə başçılıq etməyə hazıram”
“Mançester Yunayted”in mətbuat xidməti baş məşqçi Ruben Amorimlə bağlı sosial şəbəkələr vasitəsilə paylaşım edib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəsmi hesabındakı paylaşımda portuqaliyalı mütəxəssis belə deyib:
“İlk tam mövsümümə başçılıq etməyə hazıram”.
Amorim 2024-cü ilin payızında Lissabon “Sportinq”indən “Mançester Yunayted”ə keçərək, komandanın baş məşqçisi təyin olunmuşdu.
“Qırmızı şeytanlar” Amorimin rəhbərliyi altında keçirdiyi 42 qarşılaşmanın 16-da qalib gəlib, eyni sayda məğlub olub və 10 matç heç-heçə başa çatıb. Komanda Premyer Liqa mövsümünün turnir cədvəlini 15-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



