Adı “Liverpul”la hallanan məşqçi: “Heç bir razılaşma yoxdur”
Son vaxtlar mətbuatda Ruben Amorimin gələcəyi ilə bağlı çoxlu məlumatlar yer alır. Hətta gənc mütəxəssisin “Liverpul”la anlaşdığı da bildirilirdi. Amorim özü bu məsələ ilə bağlı şərh verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi “Liverpul” təmsilçiləri ilə görüşmədiyini bildirib:
“Liverpul”un təmsilçiləri ilə görüşməmişəm. Heç bir razılaşma yoxdur, bu doğru deyil. Mən “Sportinq”in baş məşqçisiyəm və burada qalib gəlmək istəyirəm. Başqa klublarla görüşməmişəm, heç nə razılaşdırılmayıb. Bu hekayəni böyütməyi dayandırın. Öz gələcəyim haqqında sonuncu dəfə danışıram”.
“Liverpul” Yurgen Kloppun mövsümün sonunda gedişi ilə əlaqədar yeni baş məşqçi axtarışındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin