Amorim: “Mən Ferqyusonun hekayəsini bilirəm”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim jurnalistlərlə söhbəti zamanı komandanın keçmiş çalışdırıcısı Aleks Ferqyuson haqda danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Bəlkə, gələcəkdə mənə lazım olacaq, bilmirəm. Qələbə hissi haqqındadır. Bu hiss sizə çox güvən verə bilər. Bir şeyi qazansaz, daha çox qazanacağınıza inanırsız. Bu hiss asılılıq yaradır. Bunu təkrar-təkrar hiss edirsən. Mən Ferqyusonun hekayəsini bilirəm. Düşünürəm ki, o, kuboku qazanmaqla deyil, əvvəlki turda güclü rəqibə qalib gəlməklə işini xilas etdi. Azarkeşlər qışqırdılar ki, “Ferqi, get get”. Daha sonra onlar oyunu qazandılar, finala çıxdılar və qalib gəldilər. Mən bunu bilirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin