Amorim: “Rəqibin qırmızı vərəqə alması vəziyyəti dəyişdi”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının yarımfinal mərhələsində “Atletik” üzərində 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının erkən çətinliklər yaşadığını, ancaq rəqibin 35-ci dəqiqədə azlıqda qalmasının matçın axarını dəyişdiyini bildirib:

“Əla nəticədir, amma bunun arxasında duranları anlamaq lazımdır. Oyunun əvvəlində çətinlik çəkdik, rəqibin qırmızı vərəqə alması vəziyyəti dəyişdi. Tək bir hadisə hər şeyi dəyişə bilər. Eyni hal cavab görüşündə “Atletik”in xeyrinə işləyə bilər. Onlar həqiqətən təhlükəli komandadır.

Biz cavab oyununu evdə keçiririk, bu, üstünlükdür, amma futbolda hər şey mümkündür. Cavab oyununa ciddi hazırlaşacağıq və rəqibi heç də zəif saymırıq”.

Tərəflər arasında cavab matçı mayın 9-da “Old Trafford”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button