Amorim: “Biz qalib gəlməyə layiq idik”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə kubokunda “Arsenal” üzərində penaltilər seriyasında qazanılan qələbəni (1:1) şərh edib.

Komanda.az “BBC One”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı futbolçuların mübarizə aparmasına şad olduğunu deyib:

“Futbolçuların mübarizə aparmasına şadam. Bəzən matçdan əvvəl biz taktiki və ya texniki cəhətlərdən deyil, bu haqda danışırıq. Nə olursa olsun, mübarizə aparmalıyıq. Biz qalib gəlməyə layiq idik. Bəli, “Arsenal” uduzmağa layiq deyildi, amma əbəs yerə qalib gəlmədik. Topa çox sahib deyildik, amma onsuz əla iş gördük. Bəzən hamımızda hər şeyin yaxşı bitəcəyi hissi yaranır, mən bunu ikinci hissənin əvvəlindən, hətta penalti təyin olunandan sonra da hiss etdim”.

“Qırmızı şeytanlar” İngiltərə kubokunun növbəti mərhələsində “Lester”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button