Amorim kapitanı təriflədi və məsləhət verdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın kapitanı Bruno Fernandesin rolu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Fernandesin komanda üçün çox dəyərli olduğunu bildirib:

“Bu oyunçu komanda üçün çox dəyərlidir. Fernandes öz rolunun öhdəsindən layiqincə gəlir. Amma hər kəs təkmilləşməlidir. O, növbəti mövsüm irəliyə doğru daha bir addım atmalıdır, çünki onun komandada çox böyük rolu var”.

30 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 30 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button