Amorim: “Bu mövqe Zirkzeyə çox yaraşır”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Coşua Zirkzenin üstünlük verdiyi mövqe barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Zirkzenin fiziki cəhətdən güclü olduğunu söyləyib:

“Məncə, Coşua “saf doqquz rəqəmi” idi. O, fiziki cəhətdən güclüdür, çox işləyir və bu mövqe ona ən çox yaraşır”.

Niderlandlı oyunçu “Tottenhem”lə qarşılaşmada hücumçu Rasmus Hoylundun arxasında qərarlaşıb. London klubuna bu oyunda qələbə qazanmaq üçün bir qol bəs edib.

Zirkze bütün turnirlərdə “Mançester Yunayted”in heyətində 37 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button