“Amorim təcili bir şey etməlidir!” – Sabiq futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill Ruben Amorimin komandaya rəhbərlik etdiyi ilk ayları dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, Amorimin gəlişi ilə hər şeyin yaxşılaşacağını düşündüyünü deyib:

“Amorimin gəlişi ilə hər şeyin yaxşılaşacağını düşünürdüm. Mən gözləyirdim ki, həvəs və yeni sistem kömək edəcək, oyunçular onun rəhbərliyi altında daha yaxşı çıxış edəcək və “Mançester Yunayted” sürətlə yüksələcək. Amma biz bunun tam əksini görürük. Yalnız daha da pisləşdi, daha da pis oldu və bu heyrətamizdir. Mövsümün sonuna qədər daha çox ağrılı anlar olacaq və bunun nəticələri olmaya bilməz.

Aydın məsələdir ki, Amorim heç yerə getmir, amma nə qədər çox uduzsan, oyunçuları onun əvvəldə söylədiyi fikirlərə inandırmaq bir o qədər çətin olacaq. Oyunçular ona inanmalıdırlar, amma uduzsalar, bu fikirlərlə məğlub olsalar və tənqid olunsalar, diqqət onlara yönəlir və azarkeşlər stadiondan bədbəxt şəkildə ayrılırlar. Biz itirməyə davam edə bilmərik. Bu, oyunçuları bədbəxt edir, onları depressiyaya salır və sonda o yerə gətirib çıxarır ki, onlar ideyaya inamlarını itirirlər. Bu, növbəti mövsümün startına təsir edəcək.

Amorim təcili bir şey etməlidir! O, öz yanaşmasını dəyişə bilməz, çünki o, bu “qurbangah”a həddən artıq çox yatıb və buna haqqı var. Amma düşünürəm ki, o, “Mançester Yunayted”də “Sportinq”də keçirdiyi son 75 oyundan daha çox oyun itirib. Onun xoşuna gəlməyəcək, amma məncə, o, işləri sadələşdirməlidir. O, Rasmus Hoylundun xoşuna gəlməyə bilər, o, Coşua Zirkzenin əla oyunçu olduğunu düşünməyə bilər, digər oyunçuları sevməyə bilər, amma siz orada olanlar arasından seçim etməli və bu seçimə sadiq qalmalısız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button