
Amorim çempionluğa inanmır
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın Premyer Liqa çempionluğu uğrunda favorit olmadığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı dörd həftə ərzində hər şeyi dəyişməyin mümkün olmadığını bildirib:
“Baş məşqçi olaraq belə demək çətindir, amma azarkeşlərimiz qarşısında realist olmalıyıq. Buna baxmayaraq, biz avrokuboklara qayıtmaq istəyirik. Bunun üçün mübarizə aparmalıyıq. Çox güclü komandalar var, amma biz mübarizə aparacağıq.
Dörd həftə ərzində hər şeyi dəyişmək mümkün deyil, ancaq komandamız daha yaxşı oldu. Daha çox və daha ciddi məşq edirik ki, oyun tələblərinə hazır olaq.
Yeni futbolçularımız var və onların ciddi oyunlarda nə dərəcədə təsirli olduğunu anlamalıyıq. Mən özümdə daha çox inam hiss edirəm – bu, açıq görünür.
Addım-addım hər şeyi dəyişə bilməsək də, tədricən daha da güclənəcəyik”.
Bizi Facebook-da izləyin



