Amorim həyəcanlı olduğunu dedi, azarkeşlərə təşəkkür etdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yeni il öncəsi İngiltərə klubunun azarkeşləri qarşısında çıxış edib.

Komanda.az “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı komandanın azarkeşlərinə təşəkkür edib:

“Mançester Yunayted”dəki hər kəs adından davamlı dəstəyinizə görə sizə təşəkkür edirəm və yeni ildə hamınıza ən yaxşısını arzulayıram. Bilirəm ki, bu, hər kəsdən çox zəhmət tələb edəcək, amma 2025-ci ildə birlikdə hara kimi gedə biləcəyimiz üçün çox həyəcanlıyam”.

Amorim noyabrın 1-də Lissabon “Sportinq”indən ayrılaraq “Mançester Yunayted”i çalışdırmağa başlayıb. Onun komandası keçirdiyi 18 oyundan sonra 22 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button