Amit Quluzadəsiz darmadağın
Futbol üzrə Moldova çempionatında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amitin adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.
18 turdan sonra 37 xalı olan “Milsami” 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin