Amit Quluzadə üçün 83 dəqiqə və 3 xal

Futbol üzrə Moldova çempionatında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Speranta” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub. Amit 7-ci dəqiqədə meydana buraxılıb.

12 turdan sonra 26 xalı olan “Milsami” 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button