Amit Quluzadə ehtiyatda qaldı, “Milsami” uduzdu
Futbol üzrə Moldova çempionatında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Sfintul” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.
Dörd turdan sonra 5 xalı olan “Milsami” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin