Amit Quluzadənin komandası yenə tək qolla sevindi
Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Mladost”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0. Amit bu görüşün iştirakçısı olmayıb.
“Çelik” hazırda 34 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin