Amit Quluzadənin komandası səfərdə xal itirdi

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Radnik”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0. Amit bu görüşün iştirakçısı olmayıb.

“Çelik” hazırda 35 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button