Amit oynadı, “Milsami” yenə uduzdu
Futbol üzrə Moldova çempionatında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda itkisiz irəliləyən lider Tiraspol “Şerif”i ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Millimizin sabiq üzvü görüşün 68-ci dəqiqəsində meydana daxil olub və sonadək oynayıb.
Beş turdan sonra 5 xalı olan “Milsami” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin