Amerikalı milyarder paytaxt klubunu alır

İtaliyanın “Roma” klubu amerikalı milyarder Dan Fridkin tərəfindən alına bilər.

Komanda.az xəbər verir ki, artıq onun rəhbərlik etdiyi “Friedkin Group” şirkəti paytaxt təmsilçisini satın almaq üçün indiki rəhbərliklə danışıqlara başlayıb.

Bu məlumatı “canavarlar”ın mətbuat xidməti də təsdiqləyib. Məlumatda danışıqların davam etdiyi və hələlik, razılıq əldə olunmadığı bəyan olunub.

Qeyd edək ki, “Roma”nın səhmlərinin böyük hissəsi ABŞ-ın digər milyarderi Ceyms Pallottaya məxsusdu. Lakin klub azarkeşləri son illərdə Françesko Totti, Daniele De Rossi kimi romalı ulduzların bu klubdan kənarlaşdırılmasından sonra Pallottanın paytaxt təmsilçisindən getməsini tələb edirlər. Bu üzdən də Pallottanın Fridkinlə razılığa gələcəyi ehtimal olunur. Hətta “Financial Times” “Roma”nın borclarıyla birlikdə 750 milyon avroya “Friedkin
Group”a satılmağa yaxın olduğunu iddia edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button