Pulişiç Almaniyaya qayıdır?
“Çelsi”nin hücumçusu Kristian Pulişiç “Borussiya”ya (Dortmund) qayıda bilər.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, keçid üçün futbolçu maaşının azaldılmasına razı olmalıdır. Çünki Almaniya təmsilçisi hazırda onun İngiltərədə qazandığı məbləği – 10 milyon avronu ödəməyə hazır deyil.
Pulişiç 2022/23 mövsümündə “Çelsi”nin heyətində 18 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Pulişiç 2016-19-cu illərdə Dortmund klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin