“Yuventus” bir futbolçusu ilə yeni müqavilə bağlayacaq
Amerikalı yarımmüdafiəçi Ueston Makkenni “Yuventus”la yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun Turin klubu ilə yeni müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədə olacaq. Tərəflər arasında mövcud müqavilə cari mövsümün sonunda başa çatır.
2021-ci ildən “Yuventus”da çıxış edən Makkenni ötən mövsüm keçirdiyi 38 matçda 10 qolla yadda qalıb. Onun transfer dəyəri 28 milyon avro qiymətlədirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin