103 milyon dollara “yox” deyən amerikalı

Amerikalı basketbolçu Ceyms Harden iki ilə 103 milyon dollar qazanacağı təklifi rədd edib.

Komanda.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Harden, ötən il çıxış etdiyi “Hyuston Rokets” klubunun yeni müqavilə təklifini rədd edib və “Bruklin Nets”ə keçib. Harden “Hyuston Rokets”in çempionluq şansının az olmasına görə belə addım atıb.

“Hyuston Rokets” 31 yaşlı basketbolçuya iki ilinə 103 milyon dollar qazanacağı sözləşmə təklif etsə də, Hardenin cavabı “yox” olub və klubdan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button