“Heç kim braziliyalı futbolçularla belə davranmadı” – Luis Suares

Uruqvay millisinin hücumçusu Luis Suares Amerika kubokunun yarımfinal matçından sonra Kolumbiya yığmasının futbolçularının davranışını (0:1) tənqid edib. Oyun başa çatdıqdan sonra Suares kolumbiyalı hücumçu Migel Borxeyə yaxınlaşaraq ona nəsə deyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, uruqvaylı futbolçu, həmkarının qarşısında belə gəzməyin xoş olmadığını bildirib:

“Hər zaman dava-dalaş, sözlər, nə olursa olsun var. Amma ən zəhlətökən şey onların süzülmələri və bayram etmələridir. Bunun heç bir mənası yoxdur. Biz Braziliyanı turnirdən kənarlaşdırdıq və heç kim braziliyalı futbolçularla belə davranmadı. Əksinə, gedib salamlaşdıq. Biz meydanda həmkarlarıq. İtirdiyiniz zaman hiss etdiyiniz emosiyaları bilirik. Həmkarının qarşısında belə gəzmək xoş deyil. “Onlar” hər şeyi yuxarıdan izləyirlər, hər şey geri qayıdır”.

Uruqvay və Kolumbiya milliləri arasında keçirilən Amerika kubokunun yarımfinal oyunundan sonra meydanda futbolçular arasında əlbəyaxa dava düşüb və bu dava tribunalarda iğtişaşa səbəb olub. Nəticədə, uruqvaylı futbolçular Ronald Arauxo və Darvin Nunyes kolumbiyalı azarkeşlərlə dava edib. Nunyes ona ədəbsiz jestlər edən kolumbiyalı azarkeşlərə oturacaq atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button