“Amerika kubokunu qazananda başa düşdük ki…”
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022 haqda danışıb.
Komanda.az “Radio Calvia”-ya istinadən xəbər verir ki, o, turnirin qrup mərhələsinin Səudiyyə Ərəbistanı ilə ilk matçını (1:2) xatırlayıb:
“Amerika kubokunu qazananda başa düşdük ki, hər bir komanda ilə mübarizə apa bilərik. Bununla bağlı heç bir şübhəmiz yox idi. Hansısa komandanın bizi asanlıqla məğlub etməsinə imkan verməyəcəkdik.
Uğur qazanmaqda iddialı idik. Səudiyyə Ərəbistanına məğlubiyyətdən sonra bütün matçlarda qələbə qazanmağı hədəflədik”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin