Amerika kubokunda bütün yarımfinalçılar bəlli oldu
Amerika kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Braziliya millisi Paraqvayla qarşılaşıb. Əsas vaxtı qolsuz bərabərliklə bitən matçda Braziliya penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
Argentina yığması Venesuela ilə qarşılaşıb. Lionel Messi və komanda yoldaşları inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.
1/4 final mərhələsinin digər görüşündə Kolumbiya millisi ilə Çili üz-üzə gəlib. Əsas vaxtı qolsuz bitən matçda Çili penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
Maraqlıdı ki, sonuncu oyunda da əvvəlki oyunlardan ikisində izlədiyimiz ssenari təkrarlanıb. Qolsuz bitən Uruqvay – Peru görüşündə ikincilər penaltilər seriyasında qalib gəlməklə yarımfinala vəsiqə əldə ediblər.
Beləliklə, yarımfinalda Argentina Braziliya ilə, Çili isə Peruyla üz-üzə gələcək.
Amerika kuboku, 1/4 final mərhələsi
27 iyun
Braziliya – Paraqvay 0:0 (penaltilər – 4:3)
28 iyun
Venesuela – Argentina 0:2
Qol: L.Martines, 10. Lo Çelso, 75.
Kolumbiya – Çili 0:0 (penaltilər – 4:5)
29 iyun
Uruqvay – Peru 0:0 (penaltilər – 4:5)
Bizi Facebook-da izləyin