Amerika kuboku: Çili millisi qələbəyə sevindi
Amerika kubokunda 2-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, ilk oyun günündə A qrupunun iki oyunu keçirilib. Peru səfərdə Boliviyanı 3:1 hesabıyla məğlub edib. Braziliya isə Venesuela ilə qolsuz bərabərə qalıb – 0:0.
B qrupunda ikinci turun iki oyunu keçirilib. Kolumbiya millisi Zapatanın 86-cı dəqiqədə vurduğu qolla Qətəri məğlub edib və liderliyini qoruyub. Argentina millisi isə Paraqvayla qollu bərabərə qalıb – 1:1.
C qrupunda isə bir oyun keçirilib. Uruqvay millisi Yaponiya ilə üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Amerika kubokunda 2-ci turun oyunlarına Ekvador – Çili matçı ilə yekun vurulub. Çili rəqibini 2 qolla məğlub edib və C qrupunda liderliyə yüksəlib.
Amerika kuboku-2019
A qrupu, 2-ci tur
19 iyun
Boliviya – Peru 1:3
Qol: Marlos, 28-pen – Qerrero, 45. Farfan, 55. Flores, 90+6.
Braziliya – Venesuela 0:0
B qrupu, 2-ci tur
20 iyun
Kolumbiya – Qətər 1:0
Qol: Zapata, 86.
Argentina – Paraqvay 1:1
Qol: Messi, 57-pen – Sançes, 37.
C qrupu, 2-ci tur
21 iyun
Uruqvay – Yaponiya 2:2
Qol: Suares, 32-pen. Ximenes, 66 – Miyoşi, 25; 59.
22 iyun
Ekvador – Çili 1:2
Qol: Valensiya, 26 – Fuensalida, 8. Sançes, 51.
Bombardir: Aleksis Sançes (Çili), Kodzi Miyoşi (Yaponiya), Luis Suares (Uruqvay), Duvan Zapata (Kolumbiya), Filippe Koutinyo (Braziliya), Eduardo Varqas (Çili) – 2 qol.
Bizi Facebook-da izləyin