Amerika kuboku: Uruqvay və Paraqvaydan inamlı qələbə
Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 4-cü turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. B qrupu çərçivəsində Ekvador yığması Peru ilə üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
Lider Braziliya yığması Kolumbiya ilə qarşılaşıb. Turnirə ev sahibliyi edən braziliyalılar 90+10-cu dəqiqədə Kazemironun vurduğu qolla qələbə qazanıb.
A qrupunun görüşləri bu gün keçirilib. Uruqvay Boliviyanı, Paraqvay isə Çilini məğlub edib.
Amerika kuboku, qrup mərhələsi, 4-cü tur
24 iyun
B qrupu
Ekvador – Peru 2:2
Qol: Renato Tapia, 23-avtoqol. Ayrton Presyado, 45+3 – Canluka Lapadula, 49. Andre Karrilyo, 54.
Braziliya – Kolumbiya 2:1
Qol: Roberto Firmino, 78. Kazemiro, 90+10 – Luis Fernandes Dias, 10.
25 iyun
A qrupu
Boliviya – Uruqvay 0:2
Qol: Karlos Lampe, 40-avtoqol. Edinson Kavani, 79.
Çili – Paraqvay 0:2
Qol: Brayan Samudio, 33. Migel Almiron, 58-pen.
Bombardir: Eduardo Varqas (Çili), Neymar (Braziliya), Anxel Romero (Paraqvay) – 2 qol.
Bizi Facebook-da izləyin