Amerika kuboku: 1/4 finalın cütlükləri müəyyənləşib
Amerika Kubokunda 1/4 final mərhələsinin cütlükləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, D qrupunda keçirilən qarşılaşmaların nəticəsinə əsasən 1/4 finala son olaraq Braziliya və Kolumbiya yığmaları yüksəlib.
Bu komandalar arasında 3-cü turun oyununda qalib müəyyənləşməyib – 1:1. Qrupun digər matçında Kosta Rika yığması Paraqvaya 2:1 hesabı ilə qalib gəlib.
Kolumbiya (7 xal) qrup birincisi, Braziliya (5 xal) isə ikinci kimi 1/4 finala vəsiqə qazanıb.
Amerika kuboku, 1/4 final
Argentina – Ekvador
Venesuela – Kanada
Uruqvay – Braziliya
Kolumbiya – Panama
Yarımfinalda 1/4 finalın birinci və ikinci, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin