AMADA “Sumqayıt”da oynamış basketbolçunu diskvalifikasiya edib

AMADA ötən mövsümü “Sumqayıt”da keçirmiş legioner basketbolçu Javaun Markel Danielsi diskvalifikasiya edib.

Komanda.az xəbər verir ki, buna onun antidopinq qaydalarını pozması səbəb olub.

Daniels 3 aylıq müddətə yarışlardan uzaqlaşdırılıb. Onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub.

O, intizamsılıq etdiyinə görə komandadan uzaqlaşdırılıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button