AMADA-nın direktoru üçün daha bir vəzifə
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə (NADO EAG) yeni yaradılmış ekspert məsləhətçi qrupunun üzvü seçilib.
Komanda.az xəbər verir ki, 10 nəfərdən ibarət ekspert məsləhətçi qrupunda Azərbaycan da daxil olmaqla 9 ölkənin (Azərbaycan, Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa, Çin) və bir beynəlxalq təşkilatın (İNADO) nümayəndəsi təmsil olunur.
Yeni yaradılan ekspert məsləhətçi qrupunun məqsədi ÜADA-ya bütün Milli Antidopinq Təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyyə və təlimatları verməkdir.
2021-ci ildə yeni Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların qüvvəyə minməsi ilə paralel olaraq, agentliyin özündə də rəhbər, işçi və ekspert qurumları ilə bağlı bəzi struktur dəyişiklikləri edilib. Bu dəyişikliklərdən biri də bəzi məsləhətçi qrupların ekspert qruplarına çevrilməsidir. Dəyişikliklərə əsasən, yeni yaradılan qrupların ÜADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının baxdığı məsələlərə ekspert məsləhətləri verməsi təmin edilib.
Bizi Facebook-da izləyin