Dani Alveşin cəzası arta bilər
İspaniya prokurorluğu “Barselona”nın sabiq futbolçusu Dani Alveşin hökmündən apellyasiya şikayəti vermək qərarına gəlib.
Komanda.az “Catalan News”-a istinadən xəbər verir ki, prokurorluq əmindir ki, Alveşin zərərçəkənə (cinsi təcavüzə məruz qoyduğu qız) tödədiyi 150 min avro təzminat cəzanı o qədər də yüngülləşdirməməlidir.
Keçmiş futbolçu 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Prokurorluq 9 il, zərərçəkmişin vəkili isə 12 il həbs olunmasını istəyib.
Braziliyalı futbolçu 2008-2016, daha sonra 2021-2022-ci illərdə “Barselona”da çıxış edib. Daha sonra klub Alveşi əfsanələri siyahısından çıxarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin