Dani Alveşin azadlığa çıxması üçün tələb olunan 1 milyon avronu məhşur jurnal ödəyib
“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşin həbsdən çıxmasına kömək edən bir milyon avroluq girovu Braziliyanın məşhur jurnalı verib.
Komanda.az “Mundo Deporivo”-ya istinadən xəbər verir ki, bunun müqabilində jurnal Alveşin həyatı ilə bağlı eksklüziv material hazırlayacaq.
Braziliyalı futbolçunun hekayəsini işıqlandıracaq sənədli videoçarx formatında müsahibənin baş tutması planlaşdırılır.
Martın 25-də Alveş 1 milyon avro girov müqabilində həbsdən buraxılıb.
Barselona məhkəməsi fevralın 22-də 2022-ci ildə Kataloniyada gecə klubunda bir qıza təcavüz edən Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin