Alveşi həbsə atdıran qız: “Saçlarımdan tutub qarşısında diz çökməyə məcbur etdi”
Braziliyalı futbolçu Dani Alveşin təcavüzünün qurbanı olduğu iddia edilən şəxs onunla gecə klubunun tualetində necə tək qaldığından danışıb.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusunun qurbanı olduğu iddia edilən qız, Alveşlə arasında baş verənləri xatırlayıb:
“O, yanıma gəldi və soruşdu: “Mənim kim olduğumu bilirsənmi?” Cavab verdim: “Xeyr”. Dedi: “Mənim adım Dani, Hospitaletdə petank çalıram”.
Yadımdadır, o, mənim əlimdən tutub belimdən aşağı qoydu, sonra getməyimi istədi. Mən imtina etdim. Qorxdum, düşündüm: “Bəs o, mənim içkimə nəsə qoysa? O, mənim dostuma bir şey etsə nə olar?”
O, mənə işarə etdi, mən də bacıma üz tutdum: “Bilmirəm getməliyəm, ya yox”. Dedi ki, “eybi yoxdur, heç nə olmayacaq”. Sonra yenə mənə işarə etdi.
Onda hara getdiyimi bilmirdim. Mən sadəcə onu izlədim. Bu zaman dedim: “Əlbəttə, bu qapı ya küçəyə, ya VİP otağa, ya da klubun başqa hissəsinə aparır”. Açdı, içəri girdim və harada olduğumu anladım. Gördüm ki, bura balaca tualetdir, çox dardır.
Yadımdadır ki, o, paltarımı yuxarı çəkib, əyləşdirdi. “Yox, yox, istəmirəm, getməliyəm” dediyimi xatırlayıram. Və o, mənə fərqli şeylər deməyə başladı. Sonra məni yerə endirdi və şoka düşərək nə edəcəyimi bilmədiyimi xatırlayıram.
Saçlarımdan tutub qarşısında diz çökməyə məcbur etdi. Həmin an onun döyməsini görüb fikirləşdim: “Bu oğlan məni doğrudan da incidəcək”. Mən çox qorxdum və hələ də həmin səhnələr məni təqib edir”.
Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün saxlanılıb. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.
Bizi Facebook-da izləyin