Həbsdən çıxan Dani Alveşdən ilk açıqlama
Braziliya millisinin və “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını edib.
Komanda.az xəbər verir ki, braziliyalı sabiq futbolçu sosial şəbəkə hesabında belə yazıb:
“Hansısa mediaya müsahibə verməyim doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəm”.
Braziliyalı müdafiəçi bir qıza təcavüz etməkdə günahlandırılaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin mart ayının sonunda Alveş 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.
Alveşin mənəvi təzminat kimi zərərçəkənə 150 min avro ödəməsinə də qərar verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin