
Dani Alveş Meksika klubunda
“Barselona”dan ayrılan Braziliya millisinin futbolçusu Daniel Alveşin yeni klubu məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi karyerasını Meksikanın “Pumas” komandasında davam etdirəcək.
Alveşin müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
2021-ci ilin noyabrında “Barselona”ya qayıdan Alveş 2008-2016-cı illərdə də Kataloniya təmsilçisinin formasını geyinmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin