Dani Alveş keçmiş klubuna kompensasiya ödəməli olacaq

2023-cü ildə Meksikanın “Pumas” klubu braziliyalı müdafiəçi Dani Alveşlə müqaviləni onun təcavüz ittihamı ilə həbs olunması xəbəri üzündən ləğv etmişdi.

İki il sonra klub CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət edərək, zərərlərin kompensasiyasını tələb edib.

Komanda.az Meksika klubunun yaydığı açıqlamaya istinadən xəbər verir ki, futbolçunun “Barselona” və Braziliya millisinin sabiq müdafiəçisi olması və Kataloniya Ali Məhkəməsinin sübut çatışmazlığı səbəbindən ona təcavüz ittihamından bəraət verməsinə baxmayaraq, CAS “Pumas”ın xeyrinə qərar çıxarıb:

“CAS klubun xeyrinə qərar verərək, FİFA-nın 15 may 2024-cü il tarixli Mübahisələrin Həlli Palatasının qərarını ləğv edib. Müqavilənin klub tərəfindən əsaslı səbəblə pozulmasının haqlı olduğunu təsdiqləməklə yanaşı, Alveş kluba dəyən zərərin ödənilməsi üçün FİFA tərəfindən müəyyən edilən məbləği aşan kompensasiyanı ödəməli olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button