Dani Alveş 4,5 il müddətinə həbs edildi!

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş zorlama ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, yanvar ayında Dani Alveş Barselonadakı Sutton gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilib. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra Alveş bir neçə dəfə müvəqqəti zaminə buraxılmayıb.

Braziliyalı müdafiəçi “Barselona” ilə 6 dəfə İspaniya çempionu olub. O, klubla Çempionlar Liqası, ölkə kuboku və superkubokunu qazanıb. Alveş Braziliya millisi ilə iki dəfə Amerika kubokunu və Konfederasiyalar Kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button