Dani Alveşin ailəsi borc pul axtarır

“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin ailəsi onun həbsdən zaminə buraxılması üçün zəruri olan 1 milyon avro borc almağı gözləyir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Alveşin Braziliyadakı çoxmilyonluq sərvətinə çıxışı yoxdur. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiolanın Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti verdiyi və yekun hökm çıxana qədər məhkumun azadlığa buraxılmasını tələb etdiyi barədə məlumat yayılmışdı.

Ötən ilin yanvarında 40 yaşlı Alveş Barselonadakı gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də braziliyalı futbolçu nəzarətə götürülüb. Daha sonra o, 4,5 il həbs cəzasına məhkum edilib və həmçinin, mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məcbur qalıb. Eyni zamanda, İspaniya prokurorluğu Alveşin daha uzun müddət həbsdə qalmasının lazım olduğunu düşünərək, məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button