
Alvaresin “Atletiko”ya keçəcəyi vaxt məlum olub
“Mançester Siti”nin və Argentina millisinin hücumçusu Xulian Alvares gələn həftənin əvvəlində “Atletiko”ya keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu avqustun 12-də tibbi müayinədən keçəcək və “hindular”la 2029-cu ilin iyununa qədər olan müqavilə imzalayacaq.
Madrid klubunun 24 yaşlı futbolçunun transferi üçün 75 milyon avro, daha 20 milyon avronu isə bonus olaraq ödəyəcəyi bildirilirdi.
Alvares 2022-ci ilin yanvarından “Mançester Siti”də çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 19 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin