
Alvares Madrid derbisi haqda: “Böyük matç olacaq”
“Atletiko”nun hücumçusu Xulian Alvares İspaniya çempionatının 7-ci turunda “Real”la baş tutacaq qarşılaşma haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, komanda olaraq bütün səylərini göstərəcəklərini söyləyib:
“İndi gücümüzü toplamalı və bütün diqqətimizi qarşıdakı derbiyə cəmləməliyik. Böyük matç olacaq. Komanda üç xalı almaq üçün bütün səylərini göstərəcək”.
“Atletiko” – “Real” qarşılaşması 27 sentyabrda keçiriləcək. “Atletiko” La Liqanın turnir cədvəlində 9-cu yerdədir, “Real” isə liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



