Argentinalı hücumçunun “isti ölkə” arzusu

“Mançester Siti”nin hücumçusu Xulian Alvares hələ də bu transfer pəncərəsində komandasını tərk etmək fikrindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu daha isti iqlimi olan ölkəyə köçməyi düşünür.

“Mançester Siti” Alvares üçün bonuslar istisna olmaqla, təxminən 70 milyon avro almaq niyyətindədir. Maraqlanan klubların heç biri hələ “şəhərlilər”in maliyyə tələbatını ödəməyə hazır deyil.

Alvaresin daha çox oyun praktikası əldə etmək və hücumun mərkəzində oynamaq üçün “Mançester Siti”ni tərk etmək istədiyi bildirilirdi. Onunla əvvəllər “Çelsi” və “Barselona” maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button