“Altay”la “Rizəspor” da Super Liqanı tərk etdi

Futbol üzrə Türkiyə Super Liqasını tərk edən daha iki komanda bəlli olub.

Komanda.az xəbər verir ki, ötən gecə 36-cı tur çərçivəsində baş tutan “Qaziantep” – “Kayserispor” matçında qeydə alınan heç-heçə (1:1) elitanı kimlərin tərk edəcəyi barədə bütün suallara aydınlıq gətirib.

Bu heç-heçə sayəsində xalını 43-ə çatdıran “Qaziantep” elitadakı yerini qoruyuyub. Hazırda bu komanda 20 iştirakçı arasında 43 xalla 16-cı pillədə qərarlaşıb.

Əvəzində 33 xalı olan “Altay” və “Rizəspor”un elitanı tərk edəcəyi dəqiqləşib. Daha öncə “Yeni Malatyaspor” (20) və “Göztəpə” (28) də aşağı liqaya düşmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button